RU

Türkiyədə torpaq sürüşməsi baş verib

Türkiyənin üç ən böyük şəhərindən biri olan İzmir, problemləri səbəbindən diqqət mərkəzində olmağa davam edir.

Vətəndaşların hər gün yeni bir çətinliklə üzləşdiyi bir şəhərdə bu dəfə yol çöküb.

İzmirdə gecə saatlarında yağan güclü yağış gündəlik həyata mənfi təsir göstərib.

Konak rayonunun Ferahlı məhəlləsində, yağış nəticəsində torpağın yumşalması səbəbindən 3505 küçəsindəki asfalt yolun bir hissəsi çöküb.

Çökmüş yolda yerləşən iki ev də uçmaq təhlükəsi ilə üz-üzədir.

Yol nəqliyyatın hərəkəti üçün bağlanıb.

Избранный
5
aznews.az

1Источники