RU

Boks Federasiyası gizli püşkatma keçirib? Federasiya qısa cavabla kifayətləndi

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

Gənclər arasında hazırda davam edən boks üzrə Azərbaycan çempionatı ilə bağlı iddialar yayılıb.

Fanat.Az xəbər verir ki, yarış ərəfəsində baş tutan püşkatmanın qapalı keçirildiyi iddia olunur.

Tədbirdə məşqçilərin heç birinin iştirak etmədiyi və cütlərin sonradan açıqlandığı bildirilir. Bu da idmançılar, eyni zamanda onların valideynlərinin narazılığına səbəb olub. 

Məsələ ilə bağlı Boks Federasiyasının mövqeyini öyrəndik. Qurumun mətbuat xidmətinin qısa cavabı belə oldu:

“Yarışın Təşkilat Komitəsinə hansısa şikayət daxil olmayıb. Şikayət olarsa, araşdırılacaq”.

Xatırladaq ki, Boks Federasiyası ilə bağlı tez-tez bu və ya digər hallarla bağlı şikayətlər yayılır. Boks camiəsində federasiyadan narazıların sayı yetərincədir. Qurum isə hər dəfə qısa və "ütülü cavablar"la sudan quru çıxmağa çalışır. 

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
1
fanat.az

2Источники