RU

"Azərbaycanda bələdiyyələrin sayı hələ də Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə daha çoxdur"

Deputat Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında bildirib ki, Azərbaycanın iri şəhərlərində vahid, mərkəzləşdirilmiş böyük şəhər bələdiyyəsi modelinin tətbiq imkanları diqqətlə nəzərdən keçirilməlidir.

Milli Məclisin deputatı Vüqar Bayramov Redaktor.az-a açıqlamasında bildirdi ki, təklifi dəstəkləyir.

"Mən də bələdiyyələrin sayının azaldılmasının tərəfdarıyam. Bələdiyyələrin səlahiyyətlərinin və maliyyə imkanlarının genişləndirilməsi üçün bələdiyyələrin təmərküzləşməsi və birləşdirilməsi məsələsinə baxılması məqsədəuyğun olardı. Son birləşmədən sonra da Azərbaycanda bələdiyyələrin sayı struktur baxımından yaxın ölkələrlə müqayisədə yenə də çoxdur. Bolqarıstanda 265, Belarusda 200, Rumıniyada 103, Gürcüstanda 69, qardaş Türkiyədə isə 1394 bələdiyyə fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı hələ də bir sıra Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə daha çoxdur. Bu isə onların fəaliyyətinin səmərəliliyinə və eləcə də şəffaflığına təsir göstərir.

Bələdiyyələr fiziki şəxslərdən torpaq və əmlak vergisinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin və bələdiyyə müəssisələrindən alınan mənfəət vergisinin yığılmasına məsuldur. Bələdiyyələrin çoxunun ərazisində isə yerli əhəmiyyətli tikinti materialları yoxdur və bələdiyyə müəssisələri demək olar ki, mövcud deyil. Bu baxımdan bələdiyyələr üçün daha dayanıqlı maliyyə mənbələrinin formalaşdırılmasına ehtiyac var", - deyə o vurğuladı.

Aytəkin TOFİQQIZI

Избранный
94
redaktor.az

1Источники