RU

Bitkoni olanlara BƏD XƏBƏR

Kriptovalyuta bazarında son günlər ciddi panika müşahidə olunur. Bitkoin qiyməti yarıbayarı ucuzlaşaraq 60 min dollar səviyyəsində dayandı. Analitiklər bildirirlər ki, qısa müddətli texniki sıçrayış olsa da bazarın əsas istiqaməti hələ də ucuzlaşmadır.

Müxtəlif kripto birjalarda likvidlik xəritələrinə görə yaxın həftələrdə qiymətin yenə də aşağı düşməsi ehtimalı yüksəkdir. Xüsusilə 71-73 min dollar səviyyəsində əsas likvidlik olmasına baxmayaraq qiymət hələ bu zonaya çatmayıb. Bu isə qiymətin texniki sıçrayışdan sonra yenidən enə biləcəyini göstərir.
 

MÖVZU İLƏ BAĞLI:

"Bitcoin" kəskin UCUZLAŞDI


Altkoinlərdə də vəziyyət oxşardır.

Məsələn, Solana üçün likvidlik xəritəsi göstərir ki, qiymət yaxın vaxtlarda aşağı düşə bilər.

Bəzi ekspertlər bitkoinin pikin 80 faizlik ucuzlaşması ilə qiymətin 30 min dollar səviyyəsinə qədər enəcəyini gözləyirlər. Lakin son illərdə bazara institusional investisiyaların girməsi və infrastrukturların inkişafı səbəbindən eniş bir az yumşaq ola bilər.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli deyib ki, bitkoin və koinlər xəbər axınına və siyasi bəyanatlara hesablanmış alver alətidir:

“Bu məsələdə qazanlanlar da olur. Doğrudur, itirənlər daha çox olur. Amma itirənlər haqqında danışılmır. Mən hesab edirəm ki, bitkoin mənasız bir alver aktividir. Ona görə də dünyada bitkoin və koinlər barədə requlyativ aktlar sərtləşir.

Sərtləşdikcə də qiymətlər aşağı düşür.

Bitkoinin özəlliyi anonimliyində idi. İndi ölkələr onun anonim qalmasını istəmirlər. Hətta Avropa Birliyi koinlərlə bağlı əməliyyatların dayandırılmasını tələb edir. Çünki Rusiya anonimlik vasitəsilə sanksiyalardan yan keçir. Ona görə də koin sistemini dərin tənəzzül gözləyir”.

Surxay Atakişiyev, Bizim.Media

Избранный
15
2
bizim.media

3Источники