RU

Milli Məclisin qapısını da onlar qırdırmışdı - Ramiz Mehdiyevin “koqnitiv adaptasiya”sı - Video

Dövlət Təhlükəsizliyi Xidmətinin Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə yayımladığı məlumatlar bir çox qaranlıq hadisələrə işıq tutdu... 

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev, sabiq baş nazir müavini Abbas Abbasov, həmçinin müxalif siyasətçi Əli Kərimli və onların ətrafında formalaşdığı şəbəkə Azərbaycanın dövlətçiliyinə qarşı fəaliyyət göstərməkdə ittiham olunur.

Sözügedən şəxslərin daxil olduğu şəbəkə xarici xüsusi xidmət orqanlarının maraqları ilə uzlaşan fəaliyyət göstərib. Həmin qruplar Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa, ölkədə qarşıdurma mühiti formalaşdırmağa çalışıblar.

Azərbaycanın siyasi tarixində uzun müddət təsirli fiqurlardan biri olmuş Ramiz Mehdiyev ətrafındakı faktlar yenidən onu ictimai və siyasi diskussiyaların mərkəzinə çevrib. Onun illər ərzində formalaşdırdığı ideoloji xətt bir sıra hallarda regional geosiyasi narrativlərlə paralellik təşkil edib. Mehdiyevin müxtəlif dövrlərdə səsləndirdiyi tezislər Qərb institutlarına qarşı skeptik yanaşmanın təşviqi, Avroatlantik inteqrasiyanın risk kimi təqdim olunması və "suveren demokratiya" anlayışının ön plana çəkilməsi ilə xarakterizə olunur.

Mehdiyevin bu yanaşması regionda bəzi dövlətlərin siyasi ritorikası ilə uyğunluq təşkil edib. Bu isə siyasi elmlərdə və beynəlxalq təhlükəsizlik nəzəriyyələrində "koqnitiv uyğunlaşma" kimi tanınan anlayışla izah olunur. Bu termin bir şəxsin xarici təsir mərkəzləri ilə birbaşa əlaqəsi sübut olunmasa belə, mövqelərinin müəyyən xarici siyasi strategiyalarla paralel formalaşmasını ifadə edir.

Yayılan telefon danışıqları, səs yazıları və videomaterial R.Mehdiyev eləcə də onun əlaltıları - Qənimət Zahidin xülyalarını əks etdirən səs yazıları və Fuad Qəhrəmanlının xarici qüvvələrin ölkədəki əlaqələrindən əldə etdiyi vəsaitlərə dair videogörüntülər və s. faktlar şübhələrə birdəfəlik son qoydu. Azərbaycan kimi geosiyasi baxımdan həssas regionda yerləşən ölkə üçün  ideoloji və informasiya xətti dövlət təhlükəsizliyi ilə birbaşa əlaqəlidir.

Şəbəkənin koordinasiyasında əsas rol Ramiz Mehdiyevə aid olub və müxtəlif siyasi, informasiya və ictimai resurslar bu fəaliyyətə cəlb edilib. 

Bu qruplaşmanın əsas məqsədlərindən biri ölkədə gərgin ictimai mühit formalaşdırmaq, dövlət institutlarına etimadı sarsıtmaq və Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq olub. Müasir dövrdə siyasi mübarizə yalnız siyasi meydanla məhdudlaşmır, eyni zamanda informasiya müharibəsi formasında aparılır.

Xüsusilə 44 günlük Vətən müharibəsi ərəfəsində sosial mediada və müxtəlif platformalarda Azərbaycanın hərbi məğlubiyyətə uğrayacağı ilə bağlı pessimist rəy formalaşdırılması cəhdləri belə olub. 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli partiyanın üzvü Fuad Qəhrəmanlıya Milli Məclis və AZTV-nin nin inzibati binalarını ələ keçirmək barədə tapşırıqlar verib. 

Poliqon.info

Избранный
9
2
poliqon.info

3Источники