RU

Təyyarə TƏCİLİ ENİŞ ETDİ

Ajans.az People nəşrinə istinadən xəbər verir ki, insident Florida ştatının Şimali Palm Biç dairəsində yerləşən ümumi aviasiya hava limanında baş verib. Federal Aviasiya Administrasiyasının (FAA) açıqlamasına əsasən, Cessna Citation tipli təyyarə qalxış zolağı ilə hərəkət edərkən heyvanlarla təmasda olub. Toqquşan maralların dəqiq sayı açıqlanmayıb. Bildirilib ki, təyyarənin göyərtəsində olan yeddi nəfər təhlükəsiz şəkildə eniş edib. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib. Təyyarə isə minimal ziyan görüb. Faktla bağlı araşdırma aparılır.

 

Избранный
40
Ajans.az

1Источники