"Bavariya" müdafiəçisi Dayot Upamekano ilə yeni müqavilə bağlayıb.
QOL.az Münhen təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər veri ki, 27 yaşlı futbolçu ilə yeni sözləşmənin müddəti 2030-cu ilin iyununa qədərdir.
Qeyd edək ki, fransalı oyunçu 2021-ci ildən "Bavariya"da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə ümumilikdə 28 oyuna çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib.