RU

“Azərbaycan ciddi təhlükədən xilas oldu”

Xalqcebhesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Son dövrlərdə yayılan video və səs yazıları cəmiyyətə nə qədər təhlükəli şəbəkə ilə üz-üzə qalındığını açıq şəkildə göstərib”.

Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu “Xalqcebhesi.az”-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu materiallar uzun illər ərzində Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş fəaliyyətlər barədə ciddi suallar yaradıb və bəzi şəxslərin dövlət daxilində alternativ təsir mexanizmləri qurmağa cəhd etdiyini üzə çıxarıb: “Xarici mərkəzlərlə mümkün əlaqələr, milli maraqlara zidd addımlar və cəmiyyəti parçalamağa yönəlmiş fəaliyyətlər bağışlanılmazdır. Bu proseslər fonunda dövlətin təhlükəsizlik orqanlarının peşəkar fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir”.

Onun fikrincə, Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi tədbirlər cəmiyyətə aydın mesaj verir: “Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş hər hansı addım vaxtında ifşa olunacaq. İctimai rəy bu məsələdə qətidir və adı hallanan şəxslərlə bağlı hüquqi qiymət verilməsi zəruridir. “Əgər bu cür əməllər cəzasız qalarsa, gələcəkdə oxşar təhlükələrlə yenidən üzləşə bilərik. Dövlətin və xalqın təhlükəsizliyi hər şeydən üstündür”.

Günel Elxan

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
34
icma.az

1Источники