RU

Hadise bu FOTOLARI paylaşdı: yeni albomun üz qabığını izləyicilər seçəcək

ain.az bildirir, Lent az saytına əsaslanaraq.

Türkiyəli müğənni Hadise 8-ci studiya albomu üçün geri sayımı rəsmən başladıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, sənətçi albomun üz qabığı ilə bağlı maraqlı addım ataraq seçimi izləyicilərinə həvalə edib.

Sosial şəbəkə hesabında albom üçün çəkilmiş üç fərqli fotonu paylaşan ifaçı, yeni layihəni “bu hekayənin ilk addımı” kimi təqdim edib və izləyicilərinə “Sizin seçiminiz hansıdır?” sualı ilə müraciət edib. Qısa müddətdə paylaşım minlərlə rəy toplayıb.

Müğənninin yeni albomu “H” adlanacaq. Albom adının yalnız bir hərfdən ibarət olması diqqət çəkib.

Hadise albom öncəsi “Gece Puslu” adlı yeni sinqlını da dinləyicilərin ixtiyarına verib. Sözügedən mahnı 8-ci albomun ilk güclü anonsu kimi qiymətləndirilir.

Sənətçi yeni layihəsini “Uzun zamandır gözlədiyiniz səkkizinci albomum” sözləri ilə təqdim edib və yaxın vaxtlarda albomun tam versiyasının yayımlanacağı gözlənilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
lent.az

1Источники