RU

“Temu”dan sifarişləriniz gecikə bilər

Çindən bağlamaların Azərbaycana göndərişində müvəqqəti fasilələr və gecikmələr yarana bilər.

Turkustan.az xəbər verir ki, bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) məlumat yayıb.

Çin Xalq Respublikasında bayram günləri ilə əlaqədar olaraq fevralın 15-dən 23-dək rəsmi qeyri-iş günləridir.

“Qeyd olunan dövrdə Çin ərazisində fəaliyyət göstərən anbarların əksəriyyətinin iş rejimində məhdudiyyətlər tətbiq olunur. Buna görə də, bağlamaların ölkəmizə göndərişində müvəqqəti fasilələr və gecikmələr yarana bilər. Göndəriş proseslərinin bayramdan sonra mərhələli şəkildə bərpa olunacağı gözlənilir. İstifadəçilərə sifarişlərini planlaşdırarkən bu məqamları nəzərə almaları tövsiyə olunur”, - deyə İKTA-nın məlumatında qeyd olunub. /Yeni Sabah/

Избранный
12
15
turkustan.az

10Источники