RU

Politico: Britaniyalıların və fransızların yarısı tezliklə dünya müharibəsinin başlayacağına inanır

Xalq qazeti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Politico"nun keçirdiyi sorğunun nəticələrinə görə, Britaniya və Fransa sakinlərinin 43%-i 2031-ci ilin əvvəlinə qədər yeni qlobal hərbi münaqişənin başlayacağını ehtimal edir. Böyük Britaniya və Fransada Üçüncü Dünya müharibəsinin başlanmasını ehtimal edən insanların payı 2025-ci ilin mart ayı ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. O vaxt fransızların 32%-i, britaniyalıların isə 30%-i bu fikirdə idi. ABŞ-da da yeni dünya müharibəsinin tezliklə başlayacağını düşünənlərin payı artıb: 2025-ci ildəki 38%-dən 2026-cı ilin fevralında 46%-ə yüksəlib. Bu nəticələr Avropada təhlükəsizlik strategiyalarının dəyişdiyini göstərir: ölkələr artıq yalnız kollektiv müdafiəyə deyil, eyni zamanda, öz milli hazırlıqlarına da ciddi önəm verməyə başlayıblar.

Sorğuda iştirak edən Avropa və Şimali Amerika sakinləri əsas təhlükə mənbəyi kimi müxtəlif faktorları göstəriblər. Avropalıların böyük hissəsi hesab edir ki, sülh və təhlükəsizlik üçün əsas təhdid Rusiyadır. Bu yanaşma Avropanın Şərq qonşusuna qarşı hərbi və strateji planlarını gücləndirməsinə səbəb olub. Kanadalı respondentlər ABŞ-ı təhdid mənbəyi kimi görürlər. Fransa, Almaniya və Böyük Britaniya sakinləri isə ABŞ-ı Çinlə müqayisədə ikinci vacib təhlükə kimi qiymətləndirirlər.Sorğuda iştirak edənlərin əksəriyyəti müdafiə xərclərinin artırılmasını vacib hesab edir. Fransada respondentlərin 28%-i, Almaniyada isə 24%-i hərbi büdcənin artırılmasını dəstəkləyir. Bu tendensiya Avropanın hərbi modernləşməyə daha çox resurs ayıracağını və strateji planlarını NATO daxilində və milli səviyyədə gücləndirəcəyini göstərir.

S.ELAY

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
1
xalqqazeti.az

2Источники