Müdafiə nazirinin 2026-cı il üçün təsdiq etdiyi fəaliyyət planına uyğun olaraq, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün Hərbi Hava Qüvvələrinin (HHQ) N hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Hərbi attaşelik aparatının nümayəndələrinə hərbi hissənin əsas fəaliyyət istiqamətləri barədə məlumat verilib və brifinq təqdim olunub.