Salyan rayonunda əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri mənzillər təqdim olunacaq.
Far.Az-in Sosial Xidmətlər Agentliyindən (SXA) əldə etdiyi məlumata görə, layihənin ehtimal olunan dəyəri 1 milyon 262 min 250 manat təşkil edir.
SXA bu məqsədlə15 mənzil alacaq. Onlardan 9-u ikiotaqlı, 6-sı isə üçotaqlı olacaq. Mənzillər Salyan rayonu ərazisində yerləşəcək.
Qeyd edək ki, layihə sosial həssas qrupların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır.