RU

Bakı aeroportundan sərnişinlərə MÜRACİƏT » AzadMedia.az


14-15 fevral tarixlərində, gecə saatlarında Hava limanı şosesində aparılacaq texniki işlərlə əlaqədar müəyyən istiqamətlər üzrə nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun açıqlamasında bildirilir.

"Bununla əlaqədar olaraq, qeyd olunan tarixlərdə uçuşu olan sərnişinlərə hava limanına gəliş və yaxud limandan çıxış zamanı alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.

Məhdudiyyətlər aşağıdakı saat və istiqamətləri əhatə edir:

14 fevral, saat 00:00-07:00 - Hava limanı yolundan "Koroğlu" metrostansiyası istiqamətində;

15 fevral, saat 00:00-07:00 - "Koroğlu" metrostansiyasından Hava limanı istiqamətində.

Alternativ olaraq, sərnişinlər 8 Noyabr prospekti - Zığ yolu marşrutundan (və əks istiqamətdə) istifadə edə bilərlər.

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı və hava limanına daha erkən yola düşməyi tövsiyə edir", - deyə məlumatda qeyd olunub.
Избранный
22
19
azadmedia.az

10Источники