RU

Argentinada cinayət məsuliyyəti yaşını 14 ə endirilir

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Argentina parlamentinin Deputatlar Palatası (aşağı palata) cinayət məsuliyyəti yaşını 16-dan 14-ə endirən qanun layihəsini təsdiqləyib.

Yeniavaz.com xəbər verir ki, qanun layihəsini 149 üzv dəstəkləyib, 100 nəfər əleyhinə səs verib.

Sənəd indi Senata göndəriləcək.

Təşəbbüsü Konqresə təqdim edən hökumət səsverməni alqışlayıb:

“Argentina artıq mövcud olmayan bir ölkə üçün yaradılmış normalara tabe olmağa davam edə bilməz. Bu qanun layihəsi bu balanssızlığı düzəldir və istənilən nizamlı cəmiyyət üçün fundamental prinsipi təsbit edir: cinayət törədənlər yaşından asılı olmayaraq məsuliyyətə cəlb olunmalıdırlar”.

Qeyd edək ki, Argentina hakimiyyət orqanlarının məlumatına görə, 2023-cü ildə 18 yaşdan kiçik şəxslər tərəfindən təxminən 2200 cinayət törədilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
30
1
yeniavaz.com

2Источники