RU

Həftəsonu bəzi marşrutların hərəkət istiqaməti dəyişdiriləcək

BAKI, 13 fevral. TELEQRAF

Fevralın 14-də saat 00:00–07:00 aralığında Heydər Əliyev prospekti ilə Zığ şosesi kəsişməsində yerləşən yolötürücüdən “Buta Palace” yaxınlığındakı yolötürücüyə qədər, fevralın 15-də isə əks istiqamətdə “Buta Palace” yaxınlığındakı yolötürücüdən Aeroport istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Teleqraf xəbər verir ki, məhdudiyyətlə əlaqədar olaraq H1, 140, 140E, 141, 141E, 150, 160, 168 və 169 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək.

Fevralın 14-də (saat 00:00–07:00 aralığında) qeyd olunan marşrutlar Heydər Əliyev prospekti (Yolötürücü, Aeroport) – Zığ şosesi – 57-ci Suraxanı küçəsi–56-cı Suraxanı küçəsi–Heydər Əliyev prospekti (Yolötürücü, “Buta Palace”) istiqamətində hərəkət edəcək. 15 fevral tarixində isə marşrutlar Heydər Əliyev prospekti (Yolötürücü, “Buta Palace”) – 56-cı Suraxanı küçəsi (Yeni Suraxanı qəsəbəsi) – Heydər Əliyev prospekti istiqamətində hərəkət etdikdən sonra mövcud hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

Избранный
22
34
teleqraf.com

10Источники