RU

Antalya hava limanında qalxış zamanı təyyarənin təkərləri yerindən çıxıb

Türkiyənin Antalya hava limanında “Sun Express” aviaşirkətinə məxsus bir təyyarənin qalxış zamanı təkərləri yerindən çıxıb və təyyarə mühərrikin üzərinə oturub.

“İki sahil” xəbər verir ki, hadisə yerli vaxtla saat 14:25 radələrində Antalya-Qaziantep reysini yerinə yetirərkən qalxış zamanı baş verib.

Qəzadan sonra təyyarədə yanğın baş verməyib, sərnişinlər dərhal təxliyə ediliblər.

Hadisə səbəbindən Antalya hava limanında uçuşlar qısa müddətlik dayandırılıb.

Hazırda aeroport normal qrafik üzrə fəaliyyət göstərir.

Избранный
15
2
ikisahil.az

3Источники