Ofer Həbsxanasına basqın edən İsrail naziri Ben-Gvir fələstinlilərə verilən işgəncələri tərifləyib
İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir işğal olunmuş Qərb Şəriyəsindəki fələstinlilərin saxlanıldığı Ofer hərbi həbsxanasına basqın edərək məhbuslara verilən dəhşətli şəraiti və işgəncələri tərifləyib. İsrail mətbuatında yer alan xəbərlərə görə, Ben-Gvir, İsrail Həbsxana Xidmətinin rəisi Kobi Yaakobi ilə birlikdə bir qrup israilliyə fələstinlilərə qarşı rəftarı göstərmək üçün həbsxanaya baş çəkib.
Ramazan ayı yaxınlaşdıqca baş tutan təxribatçı səfərində ifrat sağçı nazir, İsrailin həbsxana şəraitini minimuma endirməsindən sonra fələstinliləri aşağı səviyyəli həbsxanalarda görmək onun üçün qürur mənbəyi olduğunu bildirib.Ben-Gvirin İsrail həbsxanalarının "hər şey daxil olan otellərdən həbsxanalara çevrildiyini" iddia etdiyi basqının görüntülərində İsrail əsgərlərinin fələstinli məhbusların saxlanıldığı əraziyə atəş açdığı, onları əllərindən tutaraq sürüdüyü və həbsxananın həyətində bağladığı görünür.
İfrat sağçı naziri müşayiət edən israillilər də həbsxana şəraitini yüksək qiymətləndirərək, fələstinli məhbuslara qarşı rəftarı "xəyalların gerçəkləşməsi" adlandırıblar.
İsraillilər Ben-Gvirin "müqəddəs bir xidmət göstərdiyini" iddia edərək, həbsxanada fələstinli məhbusların edamına şahid olmaq istədiklərini bildiriblər.