RU

Antalyada qalxış zamanı təyyarənin təkərləri yerindən çıxdı

Türkiyənin Antalya hava limanında “Sun Express” aviaşirkətinə məxsus bir təyyarənin qalxış zamanı təkərləri yerindən çıxıb və təyyarə mühərrikin üzərinə oturub.

Publika.az xəbər verir ki, hadisə yerli vaxtla saat 14:25 radələrində Antalya-Qaziantep reysini yerinə yetirərkən qalxış zamanı baş verib. Qəzadan sonra təyyarədə yanğın baş verməyib, sərnişinlər dərhal təxliyə ediliblər.

Antalya hava limanında uçuşlar qısa müddətlik dayandırılıb. Ancaq qısa müddət sonra aeroport normal qrafik üzrə fəaliyyət göstərməyə başlayıb.

Избранный
14
2
publika.az

3Источники