RU

Almaniya kansleri: Hazırda Rusiya ilə danışıqlara başlamağın mənası yoxdur

Avropanın ABŞ-ın hazırda etdiyi kimi Rusiya ilə danışıqlara başlamasının mənası yoxdur...

Poliqon xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Münxen Təhlükəsizlik Konfransında deyib.

“Danışmağın mənası varsa biz danışmağa hazırıq. Amma ABŞ tərəfinin təcrübəsindən gördüyünüz kimi, Rusiya hələ ciddi danışmaq istəmir,” – kansler bildirib.

Merts vurğulayıb ki, müharibə yalnız Rusiyanın gücü tükəndiyi an başa çatacaq.

“Şəxsi fikrimcə, bu müharibə yalnız Rusiya iqtisadi, siyasi və hərbi baxımdan tükəndiyi zaman başa çatacaq. Biz bu ana yaxınlaşırıq. Mən qeyd etmişdim ki, bunun üçün çox iş görmüşük, amma hələ o an çatmayıb. Biz onların müharibəni davam etdirməyinin mənasız olduğunu görəcəyi vəziyyətə gəlmələri üçün lazım olan hər şeyi etməliyik”, – Merts bildirib.

O əlavə edib ki, bunu ABŞ, Avropa və Ukrayna birgə səylərlə etməlidir.

Poliqon.info

Избранный
2
3
poliqon.info

4Источники