RU

Bəxtiyar Vahabzadənin xatirəsi Şəkidə yad edilib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Şəki, 13 fevral, Rasim İslamoğlu, AZƏRTAC

Böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin (1925-2009) vəfatının ildönümü münasibətilə Şəki şəhərində onun adını daşıyan parkda ucaldılmış abidəsi ziyarət olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ziyarətdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və əməkdaşları, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin rəhbərliyi və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Ziyarət zamanı görkəmli şairin xatirəsi ehtiramla anılıb, abidə önünə gül dəstələri düzülüb. Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixindəki müstəsna rolu bir daha vurğulanıb.

Tədbir Daha sonra şairin ev-muzeyində davam etdirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
1
azertag.az

2Источники