“Samolet” Qrupunun keçmiş baş direktoru Anton Yelistratov Emin Ağalarov tərəfindən Xəzər sahilində inşa edilən “Sea Breeze” kurortunun ortaq investoru ola bilər.
Publika.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə E.Ağalarov Rusiyanın biznes saytlarına açıqlamasında deyib.
"Yelistratov və onun tərəfdaşları təxminən 500 min kvadratmetr əraziyə sahibdirlər", - deyə E.Ağalarov bildirib.
O, həmçinin əlavə edib ki, Yelistratovun şirkəti də Özbəkistanda hazırda tikilməkdə olan “Sea Breeze” layihəsinə də maraq göstərib.
Rusiyalı top-menecer Anton Yelistratov daşınmaz əmlak sektorunda son illərin ən diqqətçəkən idarəçilərindən biri hesab olunur. O, 17 iyul 1981-ci ildə Moskvada anadan olub. O, uzun müddət Rusiyanın aparıcı developer şirkətlərindən olan “Samolet” Qrupuna rəhbərlik edərək şirkətin bazar liderinə çevrilməsində əsas fiqurlardan biri kimi tanınıb.