RU

Gürcüstan Dəmir Yolları: Rusiya ilə dəmir yolu əlaqələrinin bərpası həqiqətə uyğun deyil  

Rusiya ilə Gürcüstan arasında dəmir yolu əlaqəsinin bərpası barədə məlumatlar həqiqəti əks etdirmir. Bu məsələ bu gün gündəmdə deyil.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Dəmir Yolları məlumat yayıb.

Qurumdan bildirilib ki, belə bir məsələ hazırda müzakirə predmeti deyil və bunun gündəmə gətirilməsinin səbəbi də məlum deyil.

Xatırladaq ki, Rusiyanın Baş nazir müavini Aleksey Overçuk daha əvvəl Abxaziya ərazisindən keçməklə Rusiya və Gürcüstan arasında dəmir yolu əlaqəsinin bərpası imkanının nəzərdən keçirildiyini açıqlamışdı.

Избранный
68
2
azerbaijan-news.az

3Источники