RU

İqor Tudor “Tottenhem”in müvəqqəti baş məşqçisi olacaq The Athletic

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

“The Athletic”in məlumatına görə, xorvatiyalı məşqçi İqor Tudor cari mövsümün sonuna qədər “Tottenhem Hotspur”un müvəqqəti baş məşqçisi ola bilər.

İdman.Biz bildirir ki, klub 47 yaşlı mütəxəssislə əlaqə saxlayıb və onunla şifahi razılığa gəlib. Tudorun “Tottenhem”lə müqaviləsində daimi vəzifə seçimi yoxdur.

11 fevralda “Tottenhem” baş məşqçi Tomas Frankı istefaya göndərib. İngiltərə Premyer Liqasında 26 oyundan sonra “Tottenhem”in 29 xalı var və turnir cədvəlində 16-cı yerdədir.

Mövsümün əvvəlində Tudor “Yuventus”a rəhbərlik edirdi və ötən il oktyabrın 27-də istefa verib. Məşqçi həmçinin “Marsel” və “Qalatasaray”ı da çalışdırıb.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
62
1
icma.az

4Источники