RU

ABŞ İrana 1 ay vaxt verdi: əks təqdirdə İran üçün çox çətin bir dövr başlayacaq

ABŞ prezidenti Donald Tramp 12 fevralda keçirilən brifinqdə bildirib ki, ABŞ və İran arasında nüvə danışıqları bir aya qədər davam edə bilər.

Tramp İranla diplomatik razılaşma əldə etməyə sadiq olduğunu bildirib. “Bu, uzun çəkməməlidir – yəni, tez baş verməlidir. Onlar çox tez bir zamanda razılığa gəlməlidirlər”, – deyə ABŞ prezidenti bildirib.
O, həmçinin qeyd edib ki, razılaşma əldə edilməsə, İran üçün “çox travmatik” olacaq.

Tramp əlavə edib ki, “razılaşma çox ədalətli və çox yaxşı olmasa, onlar üçün çox çətin bir dövr başlayacaq”.
ABŞ lideri həmçinin 11 fevralda Ağ Evdə İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşünü şərh edib və orada İranla razılaşmanı müzakirə edildiyini bildirib, – deyə Ağ Ev rəhbəri “Truth Social”da bildirib. O, Netanyahu ilə söhbəti “çox yaxşı” adlandırıb və İsrail liderinin onun niyyətlərini “başa düşdüyünü” deyib.

//Samir Qurbanov, Editor.az

Избранный
34
editor.az

1Источники