RU

“Qalatasaray” Eyüpspor u böyük hesabla məğlub etdi

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Türkiyə Super Liqasında XXII tura start verilib.

Milli.Az xəbər verir ki, ilk oyun günündə lider "Qalatasaray" meydana çıxıb.

Komanda "Eyüpspor"u qəbul edib. Görüş "sarı-qırmızılılar"ın tam üstünlüyü ilə keçib.

Hesab erkən açılıb. Yunus Akgün fərqlənib. İlk hissənin sonlarında Mauro İkardi adını tabloya yazdırıb. Argentinalı forvard ikinci yarıda öncə dubl, daha sonra het-trik müəllifi olub. Qonaqların gücü yalnız təsəlli topuna çatıb. Metehan Altunbaş fərqlənib. Görüşün sonlarında Ceremi Onqenenin avtoqolu isə yekun nəticəni müəyyənləşdirib - 5:1.

Qeyd edək ki, "Qalatasaray" 55 xalla turnir cədvəlinə liderlik edir. "Fənərbaxça" 49 xalla ikinci, "Trabzonspor" 45 xalla üçüncü pillədə qərarlaşıb.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
23
6
news.milli.az

7Источники