RU

Zelenski Münhendə Pəhləvi sülaləsinin varisi KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ukrayna prezidenti Vladimir Zelenski Almaniyanın Münhen şəhərində devrilmiş İran sülaləsinin varisi Rza Pəhləvi ilə görüşüb və İran xalqına dəstəyini bildirib.

KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, görüş zamanı Ukrayna lideri sürgündəki vəliəhdə müraciət edərək deyib: “Mən İran xalqını gələcəyi uğrunda mübarizəsində dəstəkləyirəm”.

Rza Pəhləvinin atası şah Məhəmməd Rza Pəhləvi 1979-cu il islam inqilabında hakimiyyəti itirib. Monarxiyanı əvəz edən rejim bu günə qədər ölkəyə nəzarəti əlində saxlayır.

Ötən ay Rza Pəhləvi İranda etiraz dalğasına rəhbərlik etməyə çalışsa da, onun təşəbbüsü geniş dəstək qazana bilməyib.

V.Zelenskinin İranın teokratik rejiminə mənfi münasibətinin kökündə isə bir neçə il öncə Ukrayna təyarəsinin İran səmasında vurulması, eləcə də İranın Ukraynaya hərbi müdaxiə etmiş Rusiyaya “Şaheed” dronları verməsi durur.\\Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
1
konkret.az

2Источники