RU

Prezident İlham Əliyev Makronla görüşün mümkün olduğunu bildirib

BAKI, 14 fevral. TELEQRAF

Prezident İlham Əliyev yaxın gələcəkdə Fransa Prezidenti Emmanuel Makronla görüşün mümkün olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Prezidnet bunu "France 24"ə müsahibəsində deyib.

Prezident qeyd edib ki, Kopenhagendə keçirilən görüş çox dostcasına keçib və həmin görüşdən sonra bir neçə ay ərzində tərəflərin nümayəndə heyətləri arasında intensiv təmaslar olub. Onun sözlərinə görə, heyətlər müntəzəm əlaqədədir, bir neçə görüş keçirilib və bəzi məsələlər hələ də qalmaqdadır.

İlham Əliyev vurğulayıb ki, həm o, həm də Prezident Makron mövcud məsələlərin hər iki tərəfdən həll edilməsinin vacibliyini qeyd ediblər. Dövlət başçısı bildirib ki, bu proses qarşılıqlı xarakter daşımalıdır: iki suveren dövlət bir-birinə və bir-birinin hüquq sisteminə hörmətlə yanaşmalı, daxili işlərə qarışmamalıdır.

Prezident əlavə edib ki, Yeni Kaledoniya və digər məsələlər Azərbaycan tərəfindən gündəmə gətirilməyib. Onun sözlərinə görə, Fransa Azərbaycanın Qarabağ kimi daxili məsələsinə müdaxilə etməyə başlayıb və bu, təkcə bir mövzu ilə məhdudlaşmayaraq siyasi gündəliyə də sirayət edib. İlham Əliyev qeyd edib ki, bu cür yanaşmaya son qoyulmalıdır və hər iki tərəf bunun necə ediləcəyini yaxşı bilir.

Избранный
48
teleqraf.com

1Источники