"Vışeqrad Qrupu" ölkələri (V4 – Çexiya, Slovakiya, Macarıstan və Polşa), eləcə də Latviya və Litvadan olan fermer təşkilatları 2028-2034-cü illərdə Aİ-nin kənd təsərrüfatı büdcəsində 500 milyard avro artım tələb edirlər.
"Report"un məlumatına görə, bu barədə CTK agentliyi xəbər verib.
Məlumata görə, Avropanın altı ölkəsindən olan fermerlərin nümayəndələri Varşavada keçirilən görüşdə Aİ-nin kənd təsərrüfatı büdcəsinin artırılmasının nail olmağın vacibliyi barədə razılığa gəliblər.
Əgər bu baş verməsə, milli və beynəlxalq səviyyələrdə davam edən fermer etirazları istisna olunmur. Kifayət qədər maliyyələşdirmə olmadan onlar üçüncü ölkələrin istehsalçıları ilə rəqabət apara və Aİ-nin ekoloji sahədə məqsədlərinin həyata keçirilməsini təmin edə bilməyəcəklər.
Çexiyanın Kənd Təsərrüfatı Palatasının prezidenti Yan Dolejal Aİ-nin kənd təsərrüfatı büdcəsinin artırılması tələbini şərh edərkən vurğulayıb ki, bu, ilk növbədə qitənin ərzaq təhlükəsizliyi ilə bağlıdır. O, qeyd edib ki, avropalılar əlverişli, yüksək keyfiyyətli, yerli istehsal olunmuş qida məhsulları ilə təmin olunmalıdırlar.