RU

Fuad Qəhrəmanlının pul aldığı bu sirli şəxs kimdir? Açıqlama

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) paylaşdığı videoda AXCP sədrinin müavini Fuad Qəhrəmanlının dəfələrlə pul aldığı görüntüləri var. Lakin pul aldığı şəxsin kimliyi açıqlanmır.

Videoda şəxsin gizli qalmasının səbəbi nə olar bilər?

Globalinfo.az-a danışan vəkil Ramil Süleymanovun sözlərinə görə, əməliyyat xarakteri daşıyan bəzi görüntülərin ictimaiyyətə təqdim olunması detalların 100 faiz açıqlanması demək deyil:

“Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən yayılan materiallar istintaqın yalnız müəyyən mərhələsini əks etdirə bilər. Bəzi əməliyyat tədbirləri məhz bu formada həyata keçirilir və ictimaiyyətə də bu çərçivədə təqdim olunur. Əməliyyat zamanı üzləri görünməli hesab edilən şəxslərin kimliyinin açıqlanmaması isə adətən istintaqın maraqları ilə bağlı olur. Həmin şəxslər hətta ölkə xaricində olsalar belə, könüllü şəkildə gələrək ifadə verə, təqsirlərini etiraf edə və ya istintaqın obyektiv aparılması üçün zəruri məlumatları təqdim edə bilərlər”.

Ramil Süleymanov

Vəkil deyib ki, hazırkı vəziyyətdə pulu verən şəxsin kimliyinin açıqlanmaması da əməliyyat taktikası kimi qiymətləndirilə bilər:

“Çox güman ki, bu məlumatın hazırda açıqlanması dövlət təhlükəsizliyi baxımından məqsədəuyğun hesab edilmir. Bu səbəbdən həmin şəxsin nə üzü göstərilir, nə də vətəndaşlığı barədə məlumat verilir. Eyni zamanda, Fuad Qəhrəmanlının sözügedən pulu alması faktı artıq ictimai müzakirə predmetinə çevrilib. Hətta o, bunu təsdiqləsə belə, pulun mənbəyi, kim tərəfindən və hansı məqsədlə verilməsi, eləcə də mümkün maliyyələşmə mexanizmi kimi sualların cavabı istintaq orqanı tərəfindən müəyyən edilməlidir. Bu baxımdan ictimaiyyət və media nümayəndələri məsələ ilə bağlı səbirli və məsuliyyətli davranmalıdırlar. Çünki vaxtından əvvəl və ya dəqiqləşdirilməmiş məlumatların yayılması istintaq prosesinə maneə yarada bilər”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
135
globalinfo.az

1Источники