RU

Bank sektorunda dəyişiklik siqnalı

Banklarda cari hesabda saxlanılan vəsaitlərə faiz hesablanmır, halbuki bu pullar inflyasiya səbəbilə real dəyərini itirir. Banklar isə həmin vəsaitlərdən istifadə edərək gəlir əldə edir.

Bir ildən artıq müddət cari hesabda saxlanılan pullara faiz tətbiq etmək mexanizmi yaradıla bilərmi?

Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a iqtisadçı Elçin Rəşidov danışıb. O deyib ki, hazırda belə bir mexanizm mövcuddur və bəzi banklar onu könüllü əsasda tətbiq edirlər:

“Məsələn, vətəndaşın kart hesabında vəsait olduqda, həmin məbləğin müəyyən hissəsini depozit kimi rəsmiləşdirərək faiz əldə etmək mümkündür. Lakin bunun üçün müştəri özü bu xidmətə qoşulmalıdır. Bəzi banklar cari hesabda saxlanılan vəsaitə çox aşağı faiz təklif edir, bəzilərində isə ümumiyyətlə faiz tətbiq edilmir. Bu mexanizm əsasən müştəri cəlb etmək məqsədi daşıyır ki, vətəndaşlar həmin bankın kartlarından daha çox istifadə etsinlər”.

Избранный
14
1
publika.az

2Источники