RU

Donald və Melaniya Tramp hərbi bazada rəqs etdilər - VİDEO

ABŞ-nin birinci xanımı Melaniya Tramp Şimali Karolina ştatının Fort-Breqq bazasında hərbçi ailələrinə həsr olunmuş tədbirdə diqqətçəkən addım atıb.

Moderator.az RBK-ya istinadən xəbər verir ki, Melaniya Tramp Prezident Donald Trampla birgə onun sevimli rəqsini ifa edib.

Maraqlıdır ki, Donald Tramp daha əvvəl Melaniyanın bu rəqsə nifrət etdiyini etiraf etmişdi.

"Yeri gəlmişkən, həyat yoldaşım mənim bu cür oynamağıma nifrət edir. Bir dəfə o dedi: "Bu, heç prezidentə yaraşan hərəkət deyil". Mən isə cavab verdim: "Axı mən artıq prezident olmuşam". Onun mənim rəqs etməyimdən zəhləsi gedir", - Tramp bildirib.

Melaniya özü də rəqslə bağlı ziddiyyətli hisslər keçirdiyini gizlətməyib: o, bəzən bu hərəkətləri "yersiz" hesab etdiyini vurğulayıb.

Избранный
23
1
moderator.az

2Источники