RU

"Şəfa"nın seriyasını qıra bilməyən "Səbail"in baş məşqçisi derbidən belə danışdı

I Liqanın XIV turunda çempionluğa oynayan iki komanda üz-üzə gəldi. Premyer Liqaya can atan "Səbail" ilə "Şəfa"nın duelində qalib müəyyənləşmədi (0:0). "Dənizçilər"in baş məşqçisi Adil Şükürov komandasının prinsipial matçdakı oyununu və çempionluq mübarizəsini dəyərləndirib. 

48 yaşlı mütəxəssis Fanat.Az-a açıqlamasında görüşü belə şərh edib: 

"Oyun gözlədiyimizdən də mübarizəli şəraitdə keçdi. "Şəfa" epizodlarla oyuna diqtə etməyə çalışırdı, lakin bunu bizim rəqibə imkan verdiyimiz qədər edə bilirdi. Daha çox cərimə meydançası ətrafında oyun qurmağa çalışan "Şəfa"nın bütün oyunboyu qapıya demək olar ki, az sayda zərbəsi oldu. Bu cür önəmli oyunlarda məncə, komandalar daha çox ehtiyatlı oyuna üstünlük verirlər. Təbii ki, komandalar qələbə üçün öncədən hazırladıqları strategiya üzrə hərəkət edirlər. Tam olaraq qarşıya qoyulan tapşırıqları həyata keçirmək üçün bəzən futbolçularda soyuqqanlılıq çatışmadığına görə son zərbələr də dəqiq olmurdu. 
Liderlik uğrunda mübarizə aparan komandalar arasında xal fərqi az olduğu üçün son tura qədər mübarizə gedəcək. Digər tərəfdən isə bu liqaya xas özəlliklər var ki, nəyisə proqnozlaşdırmaq çətindir. Ona görə çempionat ərzində bütün komandalarla son dəqiqəyə qədər oynamaq lazımdır".
 
Qeyd edək ki, "Səbail" 14 turdan sonra 26 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb və liderdən 6 xal geri qalır.

Mirağa

Избранный
35
1
fanat.az

2Источники