“Fransa ilə problemlərin kökü bizdən gəlmir. İkinci Qarabağ müharibəsindən əvvəl Fransa ilə çox yaxşı münasibətlərimiz var idi. Prezident Sarkozinin, Prezident Ollandın səfərləri olmuş, mənim Fransaya rəsmi səfərlərim həyata keçirilmişdir. Eyni zamanda, mən Prezident Makronun hakimiyyəti dövründə Fransaya səfər etmişəm”.
“Bizim çox mehriban münasibətlərimiz olub, çox biznes fəaliyyəti aparılıb, 10-dan artıq qardaşlaşmış şəhərlərimiz olub. İkinci Qarabağ müharibəsi başlayan zaman biz ərazi bütövlüyümüzün bərpasına start verdik. Əfsuslar olsun ki, Fransanın mövqeyi heç cür anlaşılan deyildi. Çünki Fransa bir tərəfdən, ölkələrin ərazi bütövlüyünü müdafiə edir, - o, öz ərazi bütövlüyünü müdafiə etməyə səy göstərir, hazırda Danimarkanın, Ukraynanın ərazi bütövlüyünü müdafiə edir, - lakin əfsuslar olsun ki, onlar separatçıların tərəfini tutdular.
Milli Assambleya və Senat separatçılara dəstək məqsədilə 10-dan artıq qətnamə qəbul edib və Ermənistanın özü tanımasa belə, sizin parlament hətta qondarma “Dağlıq Qarabağ”ı tanıyıb. Həmçinin hökumətlə münasibətlər gərgin idi. Lakin bir daha deyirəm, biz həmin gərginliyin mənbəyi olmamışıq. Biz, sadəcə öz suverenliyimizə hörmətlə yanaşmanı istəyirdik”, - Prezident qeyd edib.