RU

KİV: "Rusiya və Ukrayna atəşkəs üçün müəyyən razılığa gəliblər"

"Rusiya və Ukrayna nümayəndələri Əbu-Dabidə keçirilən danışıqlar zamanı atəşkəsin əldə olunması istiqamətində müəyyən razılığa gəliblər".

Bu barədə "Politico" nəşri özəl mənbələrinə istinadən məlumat yayıb.

"Tərəflər atəşkəsin əldə olunandan və döyüş əməliyyatları dayandırıldıqdan sonra demilitarizasiya ərazisi (bufer zona - red.) barədə ümumi razılığa gəliblər. Bununla belə, iki əsas mübahisəli məsələ həll olunmamış qalır: Qərb qoşunlarının Ukrayna ərazisində mövcudluğu və Ukraynanın sərhədləri" - deyə, adı açıqlanmayan avropalı məmur nəşrə bildirib.

Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında danışıqların növbəti mərhələsinin Cenevrədə keçiriləcəyi gözlənilir.
Избранный
49
3
7news.az

4Источники