RU

Nəqliyyat Nazirliyi: Çexiya Azərbaycanla ictimai nəqliyyat sahəsində əməkdaşlıq üçün potensial görür

Çexiya və Azərbaycan ictimai nəqliyyat sahəsində təcrübə mübadiləsi üçün əhəmiyyətli potensial görürlər.

"Report" Çexiya Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu həftə nazirliyin nümayəndə heyəti Bakıda nəqliyyat infrastrukturunun inkişafı, ağıllı mobillik və rəqəmsal əməkdaşlığa həsr olunmuş danışıqlar aparıb.

Səfərin məqsədi Azərbaycanla nəqliyyat və mobillik üçün intellektual həllər və rəqəmsal texnologiyalar sahəsində tərəfdaşlığın dərinləşdirilməsi olub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində keçirilən görüşlər zamanı Çexiya tərəfinin Azərbaycanda fəaliyyət göstərən milli qurumların və şirkətlərin fəaliyyətinə dəyişməz dəstəyi təsdiqlənib.

"Ölkə rəqəmsallaşmaya xüsusi diqqət yetirməklə, nəqliyyat infrastrukturu və hərəkət heyətinin sürətli inkişafı və modernləşdirilməsi mərhələsini keçir. Bu tendensiyalar öz təcrübəsini, texnologiyalarını və innovativ həllərini təklif etməyə qadir olan Çexiya şirkətləri üçün konkret və perspektivli imkanlar açır", - məlumatda qeyd olunub.

İşgüzar əməkdaşlıqla yanaşı, tərəflər müvafiq nazirliklər arasında institusional qarşılıqlı əlaqələrin daha da gücləndirilməsini müzakirə ediblər. Xüsusi diqqət ictimai nəqliyyat sistemləri, ağıllı mobillik üçün həllər və nəqliyyat xidmətlərinin rəqəmsal transformasiyası sahəsində nou-hau və qabaqcıl təcrübə mübadiləsinə yönəldilib.

Danışıqların ayrı bir hissəsi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı yanında Beynəlxalq Nəqliyyat Forumunun (BNF) gündəliyinə həsr olunub. Çexiyanın bu yaz BNF-ə sədrliyi Azərbaycandan təhvil alacağı nəzərə alınaraq, tərəflər beynəlxalq səviyyədə nəqliyyat sahəsində aktual çağırışlara effektiv cavab vermək üçün sıx koordinasiya və fikir mübadiləsinin vacibliyini vurğulayıblar.

Избранный
17
1
far.az

3Источники