RU

Laçında yerləşən SES də 5 ildə istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

ain.az, 525.az portalına istinadən məlumat yayır.

İşğaldan azad edilmiş Laçın rayonunda Həkəri çayının üzərində yerləşən "Güləbird" kiçik su elektrik stansiyasında (SES) istismara verildiyi tarixdən bu ilin fevralın 1-dək 87,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

525.az-a bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "Güləbird" SES 5 il əvvəl fevralın 14-ü yenidən bərpa olunaraq istifadəyə verilib. Basqılı derivasiya tipli stansiyanın ümumi gücü 8 MVt-dır.

Qeyd edilib ki, kiçik su elektrik stansiyalarında ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal olunur və ətraf mühitə istixana effekti yaradan qazlar atılmır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
30
6
525.az

7Источники