RU

Bu gün Azərbaycan Televiziyasının yaranmasından 70 il ötür

Bu
Bu gün Azərbaycan Televiziyasının yaranmasından 70 il ötür. 1news.az xəbər verir ki, Azərbaycan televiziyası 1956-cı ilin fevralında, Bakı studiyası vasitəsilə fəaliyyətə başlayıb.
İlk verilişdə Nəcibə Məlikova “Göstərir Bakı!” kəlməsi ilə çıxış edib və “Bəxtiyar” filmi nümayiş olunub. 1957-ci ildə Bakı teleqülləsi istifadəyə verildikdən sonra televiziya yayımının əhatə dairəsi genişlənib. O zamanlar yalnız paytaxtda və onun ətrafında yayım mümkün olub. 1979-cu ildə yeni 310 metrlik teleqüllənin inşasına başlanıb və bu, televiziya proqramlarının yayımını daha geniş əraziyə yaymağa imkan yaradıb. 2004-cü ildən AzTV Avropada yüksəkkeyfiyyətli yayım təmin etməyə başlayıb.

70 il ərzində Azərbaycan Televiziyası böyük inkişaf yolundan keçərək texnoloji baxımdan müasir standartlara uyğunlaşıb, yeni televiziya qüllələri, rəqəmsal yayım və peyk yayımı ilə geniş izləyici auditoriyasına sahib olub.

Избранный
17
2
1news.az

3Источники