RU

Reuters:İran–ABŞ danışıqları Cenevrədə keçiriləcək



"Reuters" agentliyi məlumatlı mənbələrə istinadən xəbər verir ki, İran və ABŞ arasında növbəti danışıqlar Omanın vasitəçiliyi ilə gələn çərşənbə axşamı Cenevrə şəhərində keçiriləcək. Agentliyin məlumatına görə, danışıqlarda ABŞ Prezidenti Donald Trampın nümayəndələri iştirak edəcək. Eyni zamanda, ABŞ-nin "Axios" xəbər saytı danışıqlarda İranın xarici işlər naziri Abbas Əraqçının də iştirak edəcəyini bildirib. Axios-un amerikalı rəsmi mənbəyə istinadən yaydığı xəbərə görə, Trampın nümayəndəsi Stiv Uitkof Omanın xarici işlər naziri ilə əlaqə saxlayaraq nüvə məsələsi ilə bağlı İrana bir sıra mesajların çatdırılmasını xahiş edib. Bildirilir ki, bu mesajlar sənəd şəklində hazırlanaraq İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniya ötürülüb. İradə SARIYEVA
Избранный
28
baki-xeber.com

1Источники