RU

Eyyub Hüseynzadənin təşkilatçılığı ilə Emre Aydın Bakını coşdurdu – FOTO/VİDEO 

Azərbaycanda böyükmiqyaslı konsert və şou proqramlarının təşkilatçısı Eyyub Hüseynzadə bu dəfə də uğurlu konsert layihəsini təqdim edib.

Doğru.az xəbər verir ki, “Anadolu Events” şirkətinin təşkilatçılığı ilə Türkiyənin sevilən sənətçisi Emre Aydın Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib. Gecə Bakı Konqres Mərkəzinin səhnəsində baş tutub.

Tədbirə yüzlərlə musiqisevər qatılıb və sənətçinin repertuarında yer alan hit mahnılar canlı ifada təqdim olunub. Tamaşaçılar ifaçını alqışlarla qarşılayaraq gecə boyunca coşqulu anlar yaşayıblar. Emre Aydın “Afili Yalnızlık”, “Soğuk Odalar”, “Hoşçakal” kimi məşhur mahnılarını və digər sevilən musiqilərini səsləndirib.

Xüsusilə sənətçinin duyğusal və enerjili səhnə performansı konsertə qatılanlar tərəfindən maraqla izlənilib. Zalın tam dolu olması ifaçıya olan maraq və sevginin daha bir göstəricisi olub.

Səhnə tərtibatı və işıq effektləri gecəyə xüsusi rəng qatıb. Konsert proqramı musiqisevərlərə xoş və yaddaqalan bir axşam bəxş edib.

DOĞRU.AZ

image-img-20260214-wa0089image-img-20260214-wa0085 image-img-20260214-wa0083 image-img-20260214-wa0093 image-img-20260214-wa0087 image-img-20260214-wa0077 image-img-20260214-wa0081 image-img-20260214-wa0075 image-img-20260214-wa0091

Избранный
60
4
dogru.az

6Источники