RU

Masallıda qanvermə aksiyası təşkil olunub

ain.az, Azertag saytına istinadən bildirir.

Masallı, 14 fevral, İlkin Adıyev, AZƏRTAC

“Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Masallı rayonunda qanvermə aksiyası təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qanvermə aksiyası Masallı Rayon İcra Hakimiyyəti, Respublika Qan Bankı və Masallı Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə keçirilib.

Qana ehtiyacı olan insanlara dəstək aksiyasında müəssisə və təşkilatların əməkdaşları, gənclər, ictimaiyyət nümayəndələri və rayon sakinləri fəal iştirak ediblər. Xüsusi tibbi briqadanın həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlıq vəziyyəti əvvəlcədən yoxlanılıb.

Aksiya çərçivəsində toplanan qan talassemiya xəstələrinin müalicəsi məqsədilə təmənnasız istifadə olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
31
2
azertag.az

3Источники