RU

Biləsuvarda transformatorda partlayış yox, qəza baş verib - AÇIQLAMA

Biləsuvarda 10 kilovotluq elektrik xəttində qəza baş verib.

Day.Az xəbər verir ki, qəza nəticəsində rayon mərkəzinin bir hissəsinə elektrik enerjisinin verilişi dayanıb.

"Azərişıq" ASC-dən Trend-ə verilən məlumata görə, hazırda ərazidə təmir-bərpa işləri aparılır.

"Rayon mərkəzində elektrik təchizatında fasilə yaranan ərazilərdə işıq 1 saat ərzində bərpa ediləcək", - deyə qurumdan əlavə edilib.

Qeyd edək ki, bəzi yerli media orqanlarında transformatorda partlayış olması ilə bağlı məlumat verilib. "Azərişıq" ASC isə bu iddianı təkzib edir.

Избранный
75
1
day.az

2Источники