RU

18 il Rus Dram Teatrının direktoru olan Ədalət Hacıyev vəzifəsini itirdi



Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev vəzifəsindən azad olunub. Yerli mətbuatın yaydığı məlumata görə, bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb. Nazirin digər əmri ilə Əməkdar artist Oleq Əmirbəyov teatrın direktoru vəzifəsinə təyin edilib. Qeyd edək ki, Oleq Əmirbəyov bu təyinatadək mədəniyyət nazirinin müşaviri idi. Bildirilir ki, Ədalət Hacıyev Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşıdır və onların bir oğulları var. Qeyd edək ki, Ə. Hacıyev 1989-2008-ci illərdə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında direktor müavini, 2008-ci ildən isə direktor vəzifəsində çalışıb. O, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Azərbaycan Prezidentinin Sərəncamına əsasən Ə.Hacıyev 2013-cü ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. İradə SARIYEVA
Избранный
77
baki-xeber.com

1Источники