RU

Biləsuvarda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB

Yazını böyüt
Yazını kiçilt

Biləsuvarda transformatorda baş verən qəza artıq həll olunub.

“Azərişıq” ASC-nin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, Biləsuvarda 10 kV-luq xətdə baş verən qəza artıq aradan qaldırılıb. Elektrik enerjisinin verilişi bərpa olunub.

*** 13:05

Biləsuvar rayonunda transformatorun partlaması ilə nəticələnən qəza baş verib.

Hafta.az xəbər verir ki, hadisə şəhər bazarının yaxınlığındakı transformatorda qeydə alınıb. Partlayış səbəbindən rayon mərkəzinin bir hissəsinə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılıb.

Hadisə yerinə dərhal aidiyyəti qurumların əməkdaşları və texnikası cəlb olunub, ərazidə təhlükəsizlik tədbirləri görülüb. Hazırda transformatorda yaranmış nasazlığın aradan qaldırılması üçün intensiv təmir-bərpa işləri həyata keçirilir.

Elektrik enerjisinin verilişinin qısa müddət ərzində tam bərpa olunacağı bildirilir.

Избранный
21
3
hafta.az

8Источники