RU

Ağır beyin əməliyyatı keçirən “Böyük Seva”dan AÇIQLAMA – “Bir həftədir...”

Bakı Neyrocərrahiyyə Mərkəzində ağır beyin əməliyyatı keçirən, hər kəsin ANS telekanalından “Böyük Seva” kimi tanıdığı jurnalist Sevda Həsənovanın müalicəsi davam etdirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Musavat.com-a jurnalistin özü məlumat verib:
 

“Bir həftədir xəstəxanadayam. Dünən də reanimasiyada idim. Şükürlər olsun, yaxşılaşıram. Maraqlanan hər kəsə təşəkkür edirəm”.


Xatırladaq ki, Sevda Həsənova 1994-cü ildən ANS-də çalışıb. O, ötən illər ərzində telekanalda bir sıra vəzifələrdə fəaliyyət göstərib.

Bizim.Media

Избранный
137
1
bizim.media

2Источники