RU

Azərbaycan Ermənistana bu məhdudiyyəti aradan qaldırdı

Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərində olan məhdudiyyətləri aradan qaldırıb. Bu sözləri Prezident İlham Əliyev Münhendə France 24 telekanalının müxbirinə müsahibəsində deyib.

“Biz həmçinin Ermənistana vacib neft məhsullarını təchiz etməyə başladıq və bununla da bizim ticari münasibətlərimiz başladı. Beləliklə, görə bilərik ki, artıq sülhə nail olunub. Yekun sülh sazişini imzalamaq üçün müəyyən formal xarakter daşıyan məsələlər var. Lakin qeyd etdiyiniz bəyannamə ilə yanaşı, hər iki ölkənin xarici işlər naziri Vaşinqtonda sülh sazişinin mətnini də parafladılar. Beləliklə, mənim üçün bu, artıq bitmiş işdir. Hesab edirəm ki, Ermənistanın baş naziri də mənimlə eyni fikirdədir. Biz elə indi sülh şəraitində yaşamağı öyrənirik və bu, çox yaxşı bir hissdir”, – İlham Əliyev qeyd edib.

Məhəmməd Əsədullazadə

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycanla Ermənistan arasında ötən ilin avqustun 8-də Vaşinqtonda de-fakto sülh əldə edilib:

“Bunun hüquqi müstəviyə keçməsi üçün ilk növbədə Ermənistan Konstitusiyası dəyişməlidir. Məhz cənab prezident İlham Əliyev də yekun sülh müqaviləsi üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları çıxarıldıqdan sonra müqavilənin imzalanmasını qeyd etdi. İki ölkə arasında həqiqətən sülh var.

Ermənistanın Baş naziri Nikol Paşinyan da bunu qeyd edir. Ermənistandakı proseslərdə yalnız müxalifətin bununla bağlı qeyri-konstruktiv mövqeyi görünür. Onlar da həlledici deyil.

Reaal və hüquqi sülh yalnız Konstitusiya dəyişikliyindən sonra olmalıdır. Ermənistan çalışır ki, seçkilərə kimi yekun sülh müqaviləsi bağlansın. Azərbaycan buna getməz. Bütün sazişlər mütləq qanunvericiliyə uyğun olmalıdır. Biz Ermənistan dövləti və xalqı ilə sülh müqaviləsi bağlayırıq”.

Atilla Rzasoy

Избранный
41
nocomment.az

1Источники