RU

Brilliant Dadaşovanın həyat yoldaşı vəzifəsindən azad olundu - TƏFƏRRÜAT

Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşı, Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevin vəzifəsindən azad olunmasının təfərrüatı məlum olub.

BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, Ədalət Hacıyev başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad edilib.

Məlumata görə, o, Gəncə Dövlət Milli Dram Teatrına direktor təyin ediləcək.

Məsələ ilə bağlı Brilliant Dadaşova həyat yoldaşının işdən çıxarılmasından xəbərsiz olduğunu bildirib.

Qeyd edək ki, Ə.Hacıyevin yerinə Əməkdar artist Oleq Əmirbəyov təyinat alıb.

***11:10

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev vəzifəsindən azad olunub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

Nazirin digər əmri ilə Əməkdar artist Oleq Əmirbəyov teatrın direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Oleq Əmirbəyov bu təyinatadək mədəniyyət nazirinin müşaviri idi.

Xatırladaq ki, Ədalət Hacıyev Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşıdır və onların bir oğulları var.

Fotoda Ədalət Hacıyev

Fotoda Oleq Əmirbəyov

Избранный
44
37
far.az

10Источники