RU

Liverpul Arsenal ı 109 milyon avroya məğlub edir

ain.az, Qol.az portalına istinadən məlumat yayır.

"Liverpul" "Arsenal"ı 109 milyon avroya məğlub edir

"Liverpul", "Arsenal" və "Mançester Siti" "Nyukasl"ın cinah oyunçusu Entoni Qordona ciddi maraq göstərirlər.

QOL.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlmat yayıbb.

Hazırda "mersisaydlılar" 24 yaşlı cinah oyunçusu uğrunda mübarizədə liderlik edirlər. "Sağsağanlar" isə Qordonun getməsini istəmirlər. Klub yalnız böyük məbləğdə təklif gələcəyi təqdirdə onu buraxmağa hazırdır. "Nyukasl" Entoni üçün 109 milyon avroluq təklif gözləyir.

Bu məbləği isə hələlik yalnız "Liverpul" ödəməyə razıdır. Ona görə də "mersisaydlılar"ın Qordonu transfer etmək şansı "Arsenal" və "Mançester Siti"dən çoxdur.

Qordon 2023-cü ilin yanvar ayından bəri "Nyukasl"da oynayır. Bu mövsüm hücumçu bütün yarışlarda 34 oyunda meydana çıxıb, 10 qol vurub və beş məhsuldar ötürmə edib. 

Qeyd edək ki, "Nyukasl" "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibidir. Bu komandalar arasında ilk oyun fevralın 18-də, Bakıda olacaq və saat 21:45-də başlayacaq. Cavab görüşü isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
2
qol.az

3Источники