RU

Rusiya ilə birgə yaşamağa məhkumuq - Makron

Fransa Prezidenti Emmanuel Makron Rusiya ilə birbaşa əlaqə xətti qurmaq qərarını açıqlayıb.

News365.az-ın məlumatına görə, o, bu açıqlamanı Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı verib.

"Ukrayna məsələsi ilə bağlı danışıqlar Avropanın iştirakı olmadan mümkündür. Lakin bu, sülh gətirməyəcək. Buna görə də Rusiya ilə birbaşa əlaqə xətti qurmaq qərarına gəldik. Biz bu problemin həllində iştirak edəcəyik. Ukraynadakı müharibə bitdikdə isə təhlükəsizlik maraqlarımızı nəzərə alaraq Rusiya Federasiyası ilə birgə yaşama qaydalarını müəyyən etməli olacağıq. Danışıqlar masasına oturub bunu müzakirə etməyə hazır olmalıyıq", - Makron bildirib.

Fransa prezidenti vurğulayıb ki, yeni Avropa təhlükəsizlik arxitekturası ilə bağlı danışıqlar avropalıların özlərinin iştirakı ilə aparılmalıdır.

"Coğrafiyamız dəyişməyəcək. Biz Rusiya ilə eyni yerdə yaşayacağıq və istəmirəm ki, bu danışıqları başqası təşkil etsin", - deyə o söyləyib.

Избранный
17
1
news365.az

2Источники