RU

Kəpəz” komandası heyətinə yeni futbolçu cəlb edib

“Kəpəz” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

İdman.Biz xəbər verir ki, bu barədə “Kəpəz” Peşəkar Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, Gəncə təmsilçisi daha əvvəl də komandanın şərəfini qorumuş Camal Cəfərovun keçidini rəsmiləşdirib. 23 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, son klubu “Sabah” olan Camal Cəfərov müxtəlif vaxtlarda “sarı-göylər”in formasını geyinib. O, 2023/2024 və 2024/2025 mövsümlərini də məhz “Kəpəz”in heyətində keçirib.

İdman.Biz
Избранный
30
7
idman.biz

8Источники